DataLife Engine > Manşet / Siyasət > Türk ordusu Tel-Rıfatı necə azad etdi? - Rusiya dəstəyi

Türk ordusu Tel-Rıfatı necə azad etdi? - Rusiya dəstəyi


29-03-2018, 08:52. : Admin Türk ordusu Tel-Rıfatı necə azad etdi? - Rusiya dəstəyi
Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat şəhərini terrorçulardan azad etməsinin detalları üzə çıxıb.

Suriya mətbuatında Tel-Rıfatın və Minnaq hava limanının bölgədəki rus hərbi polislərinin köməkliyi ilə alındığı iddia edilib.

Məlumata görə, bölgədə 100-ə qədər rus hərbi polisi var. Türk ordusu hücum edərkən bölgədə YPG-çilərlə silahlı qarşıdurmalar yaşanıb. Bu zaman rus hərbi polisləri PYD/YPG terrorçuları ilə danışıqlar aparıb və onları şəhəri tərk etməyə razı salıb. Bundan sonra ruslar da bölgədən çıxıb və Tel-Rıfatla Minnaqa nəzarət TSQ və ASO-nun əlinə keçib.

Tel-Rıfat Suriyadakı keçid nöqtələrinə nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir. Bu şəhərin alınmasından sonra Türkiyə ordusu Menbiçi daha rahat azad edə biləcək.

Qeyd edək ki, TSQ ötən gün Tel-Rıfata nəzarəti ələ keçirib.
dle 10.5