DataLife Engine > Manşet / Siyasət > Özümüzü aldatmayaq, hər şey əla deyil - Ərdoğan

Özümüzü aldatmayaq, hər şey əla deyil - Ərdoğan


29-03-2018, 08:53. : Admin Özümüzü aldatmayaq, hər şey əla deyil - Ərdoğan
“Hər şey əladır, bütün çətinliklər geridə qaldı” deməklə özümüzü aldatmış olarıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ilə aparılan müzakirələr barədə danışarkən deyib.

“Liderlər səviyyəsində görüş, masaya əyləşib, səmimi şəkildə müzakirə aparmaq önəmli idi. Dialoqu davam etdirmək və münasibətləri yaxşılaşdırmaq barədə razılıqlar var. Ancaq əvvəl-axır məsələ ölkə olaraq nə qədər güclü olduğunuzdan asılıdır. Əgər güclüsənsə, onda proseslər də daha fərqli şəkildə inkişaf edir. Məncə, müsbət dəyişikliklər “Fərat qalxanı”nın, “Zeytun budağı”nın, şəhidlərimizin, qazilərimizin bərəkətidir”, - Ərdoğan bildirib.

Qeyd edək ki, 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə-AB zirvəsi keçirilmişdi.
dle 10.5