DataLife Engine > Manşet / Siyasət > Suriyaya hücumu izlədim: məsuliyyət daşıyırıq - Quterreş

Suriyaya hücumu izlədim: məsuliyyət daşıyırıq - Quterreş


14-04-2018, 17:25. : Admin Suriyaya hücumu izlədim: məsuliyyət daşıyırıq - Quterreş
Koalisiyanın BMT Nizamnaməsinə uyğun olaraq hərəkət etməsi vacibdir.

Bu sözləri BMT Baş katibi Antonio Quterreş ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hücumunu şərh edərkən deyib. O, koalisiyanın Suriyaya hücumlarından narahatlığını ifadə edib:

“ABŞ, Böyük Britaniya və Fransanın Suriyayaya hücumları ilə əlaqədar xəbərləri diqqətlə izlədim. Sülh və təhlükəsizlik məsələsində BMT Nizamnaməsinə və beynəlxalq hüquqa laqeyd yanaşmamaq lazımdır”.

A.Quterreş BMT Təhlükəsizlik Şurasının sülhü qorumaq üçün məsuliyyət daşıdığını vurğulayıb.
dle 10.5