DataLife Engine > Manşet / Siyasət > Suriyaya zərbə ilə bağlı Türkiyədən dünyaya çağırış

Suriyaya zərbə ilə bağlı Türkiyədən dünyaya çağırış


14-04-2018, 17:29. : Admin Suriyaya zərbə ilə bağlı Türkiyədən dünyaya çağırış
Dumaya kimyəvi hücum təşkil etdiyi anlaşılan rejimin cavabsız buraxılacağını düşünülə bilməzdi.

Bu barədə Türkiyə Prezident Adminitrasiyasının sözçüsü İbrahim Qalının yazılı açıqlamasında deyilir.

“Kimyəvi silah istifadəsi beynəlxalq hüququn pozulması və insanlıq adına bir cinayətdir. 7 aprel günü Dumada kimyəvi hücum təşkil etdiyi anlaşılan rejimin cavabsız buraxılacağını düşünülə bilməzdi. Bu mənfur hücumun səbəbkarları hesab verməlidir. Beynəlxalq ictimaiyyəti gələcəkdə yaşana biləcək kimyəvi hücumların əngəllənməsi barədə birlik göstərməyə dəvət edirik.

Digər tərəfdən, cənab prezidentimizin təkidlə ifadə elədiyi kimi, kimyəvi silahların meydana gətirdiyi təhdid Suriyada yüzminlərlə insanın konvensional silahlarla öldürüldüyü barədə həqiqəti dəyişmir. Dolayısı ilə yalnız kimyəvi silahların məhvinə yönəlmiş səylər bölgədəki qeyri-sabitliyi sonlandırmaqda yetərsiz olacaqdır. Məqsəd Suriyadakı müharibəni sona çatdırmaq olmalıdır.

Konvensional və kimyəvi silahlarla törədilən bütün qətliamların qarşısının alınması Suriyada siyasi həll yolunun tezliklə tapılmasına bağlıdır. Bu çərçivədə beynəlxalq ictimaiyyəti, kimyəvi və konvensional bütün silahlarla həyata keçirilən ölümləri sona çatdıracaq genişmiqyaslı bir strategiyanı həyata keçirməyə dəvət edirik”, - açıqlamada bildirilib.
dle 10.5