DataLife Engine > Manşet / Siyasət > Putin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - Video

Putin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - Video


3-06-2018, 16:56. : Admin Putin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - Video
Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabinin vəliəhdi Məhəmməd Naxayana yeni “Kortej” layihəsi əsasında hazırlanan limuzinini göstərib.

Putin Naxayana bu avtomobilin “Mersedes”dən bir qədər böyük olduğunu deyib.

Bundan sonra Putin danışıqlarda iştirak edən Çeçenistan lideri Ramzan Kadırovdan “Sizdə beləsi yoxdur?” soruşub. Kadırov Putinə cavabında “Hələlik yoxdur” deyib.

Putin onunla zarafat edib: “Pis işləyirsiniz”.

Kadırov isə “Əsas odur ki, sizdə var” ifadəsini işlədib.

Qeyd edək ki, Putin üçün nəzərdə tutulan məxsusi avtomobil “Kortej” layihəsi çərçivəsində hazırlanıb.

Avtomobil gülləkeçirməz xüsusi zirehə malikdir.

dle 10.5