DataLife Engine > > İrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılır
DataLife Engine > Manşet / Siyasət > İrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılır

İrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılır


3-06-2018, 17:02. : Admin İrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılır
Əsas məqsəd danışıqlar prosesini bu və ya digər şəkildə bərpa etməkdir.

Bu sözləri Ermənistan XİN başçısının Moskvaya səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib.

Ekspert Moskvada Dağlıq Qarabağ məsələsi və qarşıda üçtərəfli görüşlərin keçirilməsi ilə bağlı müzakirələrin aparılacağını deyib:

“Danışıqlar prosesi müəyyən səbəblərə görə dayanıb. Əsas məqsəd prosesi bu və ya digər şəkildə bərpa etməkdir. Ona görə də xarici işlər nazirləri və Minsk Qrupu çərçivəsində üçtərəfli görüş üçün münasib vaxt təyin olunacaq. Bu fonda gündəlikdə yer alacaq məsələlərlə bağlı da fikir mübadiləsi aparılacaq”.

Politoloq səfər çərçivəsində regiondakı vəziyyətin də gündəmdə olacağını bildirib:

“Ermənistan Gürcüstan vasitəsilə Rusiyadan paralel tranzit yolunun açılmasında maraqlıdır. İndiki yol tez-tez bağlandığından, bu, Ermənistana kifayət etmir. Hazırda Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasinlə Gürcüstan Baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze formatında bu istiqamətdə danışıqlar gedir, müəyyən razılıq var. Yəqin ki, Mnatsakanyan bu danışıqların təfərrüatı ilə də maraqlanacaq və öz istəklərini ortaya qoyacaq”.

İ.Vəlizadə görüşdə cəbhədə və Azərbaycan-Ermənistan sərhədində davam edən gərginliklə bağlı müzakirələrin olacağını da istisna etməyib:

“Ancaq bir məsələ var ki, Azərbaycanın Naxçıvanda apardığı hərbi-texniki hazırlıqlara nə Rusiya, nə də Ermənistan müdaxilə edə bilər. Çünki bu tədbirlər Azərbaycanın ərazisində aparılır. Azərbaycan ümumiyyətlə Minsk Qrupu və ya başqa formatlarda bu məsələnin müzakirə obyektinə çevrilməsinə yol verməyəcək”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyan iyunun 7-də Moskvaya gedəcək.
dle 10.5