DataLife Engine > Manşet / Siyasət > F-35-lər Türkiyəyə verilir: Rəsmi dəvət

F-35-lər Türkiyəyə verilir: Rəsmi dəvət


3-06-2018, 17:03. : Admin F-35-lər Türkiyəyə verilir: Rəsmi dəvət
F-35 təyyarələrinin təhvil-təslim tədbirində iştirak üçün Türkiyəyə rəsmi dəvət göndərilib.

F-35 təyyarələrinin əsas istehsalçısı olan “Lokid Martin” şirkəti Türkiyə hökumətinə rəsmi dəvət ünvanlayıb.

“Lokid Martin” şirkəti olaraq 21 iyun 2018-ci ildə “Fort Vorth”da həyata keçirəcəyimiz “Türkiyə Cümhuriyyətinə F-35-lərin verilməsi” tədbirində sizləri yanımızda görməkdən məmnun olarıq”, - şirkətdən bildirilib.

Xatırladaq ki, pilotun təlim məsələləri də həll edildikdən sonra Türkiyənin ilk F-35-i 2019-cu ilin noyabrında ordu sıralarına daxil olacaq.
dle 10.5