DataLife Engine > Manşet / Siyasət > Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - Foto

Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - Foto


11-06-2018, 10:26. : Admin Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - Foto
Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüş üçün Sinqapura yollanıb.

Bu barədə “Renxap” yazıb.

Məlumata görə, Şimali Koreya liderindən əvvəl Sinqapura yollanan “Air Koryo” şirkətinə məxsus İl-76 təyyarəsi də artıq hava limanına eniş edib. Təyyərənin Kim Çenin Çinə səfəri zamanı olduğu kimi, bu dəfə də liderin şəxsi avtomobilini daşıdığı ehtimal olunur.

Xatırladaq ki, liderlər arasında görüş iyunun 12-nə nəzərdə tutulsa da, ABŞ Prezidenti Donald Tramp da ötən gecə G7 sammitinin keçirildiyi Kanadadan Sinqapura yola düşüb.

***

Şimali Koreya lideri Kim Çen İn hava limanında Sunqapurun Xarici İşlər naziri Vivian Balakrişnanla görüşüb.

Bu görüşdən dərhal sonra Şimali Koreya liderinin avtomobil karvanı səfər çərçivəsində məskunlaşacağı Sinqapurun Tanlin rayonunda yerləşən “St.Regis” otelinə gəlib.

Şimali Koreya liderini 20-dən artıq motosikletçi, onlarla diplomatik və polis avtomobili müşayiət edib.

Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - Foto
Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - Foto
Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - Foto
dle 10.5