DataLife Engine > > Azərbaycan Rusiyadan “Terminator” alır? – KİV
DataLife Engine > Manşet / Siyasət > Azərbaycan Rusiyadan “Terminator” alır? – KİV

Azərbaycan Rusiyadan “Terminator” alır? – KİV


11-06-2018, 10:30. : Admin Azərbaycan Rusiyadan “Terminator” alır? – KİV
Azərbaycan Rusiyadan BMPT-72 Terminator-2 tanka dəstək döyüş maşınlarını almağa maraq göstərir.

Bu barədə Sputnik agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbələrə istinadən bildirib.

Terminator-2 tanka dəstək döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir.

Rusiya artıq Terminator-2 döyüş maşınlarını Suriyada sınaqdan keçirib. “Rostex” koorporasiyasının sənaye üzrə direktoru Sergey Abramov bildirib ki, texnika özünü real döyüş şəraitində çox əla göstərib və aprel ayından başlayaraq Rusiya ordusunun silahlanmasına daxil edilir.

Habelə Abramovun sözlərinə görə, “Uralvaqonzavod” Suriya təcrübəsini nəzərə alaraq döyüş maşınlarının yeni versiyasını-Terminator-3-ü işləyib hazırlamağa başlayıb. Məsələn, indiki döyüş maşınlarının heyəti 5 nəfərdən ibarətdirsə yeni versiyada avtomatlaşdırılmış sistemlərin sayəsində heyət üzvlərinin sayı 3 ola bilər. Bundan əlavə Terminator-3 pilotsuz uçan aparatları, habelə mərmiləri və ən başlıcası iri çaplı top mərmilərini havada vura biləcək.
dle 10.5