DataLife Engine > > III Dünya savaşı: Türkiyə üçün ən pis ssenari
DataLife Engine > Manşet / Siyasət > III Dünya savaşı: Türkiyə üçün ən pis ssenari

III Dünya savaşı: Türkiyə üçün ən pis ssenari


11-06-2018, 10:38. : Admin III Dünya savaşı: Türkiyə üçün ən pis ssenari
Qlobal iqtisadiyyat və siyasət böyük bir çevrilmə yaşayır. ABŞ hökuməti növbəti 10 il ərzində Şərqin iqtisadi yüksəlişinin qarşısını almaq üçün ümidsizcəsinə cəhdlər göstərir.

Bu barədə türkiyəli ekspert Evrən Devrim “Yeni silahlarla yeni dünya savaşı” məqaləsində yazıb. O, dünyada yeni iqtisadi və soyuq müharibənin başlayacağını bildirib:

“ABŞ Çin iqtisadiyyatındakı yüksəlişi öz gələcəyinə təhlükə olaraq görür. Bu məqsədlə Çinə qarşı gömrük vergiləri silahından istifadə edərək, həm yerli istehsalını artırmaq, həm də Çin məhsullarını daha az istehlak etməklə Pekinə zərbə vurmaq istəyir.

Bir müddət əvvəl Çin lideri Si Szinpin ABŞ-ın ticarət siyasətini “qısa müddətli” və “eqoist” adlandırdı. Görünən odur ki, vəziyyət daha da gərginləşəcək. Belə bir şəraitdə Türkiyə iqtisadi və siyasi planını müəyyən etməlidir. Çünki iqtisadi silahların istifadə edildiyi III Dünya savaşında nə etməli olduğumuza qərar verməliyik. Yoxsa Osmanlı İmperiyasının son dönəmində olduğu kimi, yarı müstəmləkə bir dövlət halına düşə bilərik”.
dle 10.5