DataLife Engine > Manşet > Bayram günləri hava necə olacaq? - Açıqlama

Bayram günləri hava necə olacaq? - Açıqlama


13-06-2018, 11:39. : Admin Bayram günləri hava necə olacaq? - Açıqlama
Bu gün gündüz saatlarından başlayaraq, əksər rayonlarda yağıntının kəsəcəyi, 14-ü və 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova söyləyib. O bildirib ki, yaxın bir neçə gün ərzində havanın temperaturu yüksələcək:

“Havanın temperaturu bu günlə müqayisədə 15-i və 16-sı tədricən yüksələcək. Eləcə də yaxın 2-3 gün ərzində paytaxtda və bölgələrimizdə hava şəraiti yağmursuz keçəcək, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bu gündən etibarən paytaxtda 23-27 dərəcəyə çatacaq. Sonrakı günlərdə isə temperatur 30-31 dərəcə təşkil edəcək”.
dle 10.5