DataLife Engine > > Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkim
DataLife Engine > Manşet / Sağlamlıq > Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkim

Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkim


13-06-2018, 11:41. : Admin  Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkim
Doğuş zamanı vəfat edən Aytən Qasımovanın ölüm səbəbi kimi ilkin versiya dərmandan anafilaktik şok keçirməsi göstərilir.

Bu sözləri açıqlamasında Siyəzən Regional Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümmətov deyib. O bildirib ki, ölümün dəqiq səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiyanın nəticəsindən sonra bilinəcək:

“Hazırda prokurorluq işçiləri mərkəzdədir. Səhiyyə Nazirliyinin ana ölümlərini araşdıran komissiyası da məsələni araşdırır”.

Qeyd edək ki, Siyəzəndə Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib. Yaxınlarının Report-a verdiyi məlumata görə, ana tam sağlam olub.
dle 10.5