DataLife Engine > > Bakıda gənc qız gecə saat 4-də relslərin arasında... - Video
DataLife Engine > Manşet / Hadisə > Bakıda gənc qız gecə saat 4-də relslərin arasında... - Video

Bakıda gənc qız gecə saat 4-də relslərin arasında... - Video


13-06-2018, 11:51. : Admin Bakıda gənc qız gecə saat 4-də relslərin arasında... - Video
Arzu Əhmədova adlı xanımın Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasından gecə radələrində paylaşdığı foto və video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Onun gecə saat 4 radələrində metroya necə daxil olması sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Axar.az-a danışan Arzu Əhmədova bildirib ki, həmin saatda metroya rəhbərliyin icazəsi ilə daxil olub:

“Həmin vaxt biz metroda film çəkilişləri aparırdıq. Foto və video da onda çəkilib. Sözügedən video və fotonu paylaşmağım düzgün deyildi. Amma buna görə mənə rəsmi dairələrdən hər hansı zəng və ya xəbərdarlıq olunmayıb”.

Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov isə bildirib ki, "Addım" gənclər təşkilatının müraciəti və Bakı Metropoliteni QSC-nin rəhbərliyinin rəsmi icazəsi əsasında “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında “Qaynana” filminin çəkilişləri aparılıb: "Fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinindir. Çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Çəkiliş qrupunun üzvləri hər hansı bir təhlükə ilə üz-üzə olmayıb. Çəkiliş normal şəraitdə başa çatıb".

dle 10.5