DataLife Engine > > F-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovdu
DataLife Engine > Manşet / Siyasət > F-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovdu

F-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovdu


13-06-2018, 12:59. : Admin F-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovdu
İranın Ali dini lideri Ayətullah Əli Xamenei Hava Hücumundan Müdafiə Qüvvələri komandanı Fərzad İsmailini vəzifədən kənarlaşdırıb.

Bu iddia ilə Küveytin “Əl-Jəridə” qəzeti çıxış edib.

Xameneinin bu qərarı almasına səbəb kimi İranın hava sahəsinə daxil olan İsrailə məxsus F-35 qırıcısının, Tehran başda olmaqla, bir sıra iri şəhərlər üzərində uçuş həyata keçirməsi göstərilib.

Qeyd edək ki, İsrailə məxsus F-35 qırıcılarının Tehran, İsfahan, Şiraz kimi şəhərlər üzərində uçuş həyata keçirməsi ilə qırıcıların görünməz olma qabiliyyəti ilk dəfə real şəraitdə sınaqdan keçirilib.
dle 10.5