DataLife Engine > Manşet / Hadisə > Bakıda dayanacaqda yanğın: 51 avtomobil yandı - Rəsmi

Bakıda dayanacaqda yanğın: 51 avtomobil yandı - Rəsmi


30-06-2018, 07:53. : Admin Bakıda dayanacaqda yanğın: 51 avtomobil yandı - Rəsmi
Bakı şəhərində açıq sahədə yanğın başlayıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nizami rayonunda, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğınla bağlı növbəti məlumat yayıb.

Hadisə nəticəsində Nizami rayonunun Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 hektar quru ot və müxtəlif markalı 51 minik avtomobili (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanıb. Ərazidə olan müxtəlif markalı 200 minik avtomobil və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə edilib.
dle 10.5