DataLife Engine > Manşet / Siyasət > Ərdoğanın açıqlaması PKK-da qalmaqal yaratdı – Şok dialoq

Ərdoğanın açıqlaması PKK-da qalmaqal yaratdı – Şok dialoq


30-06-2018, 07:59. : Admin Ərdoğanın açıqlaması PKK-da qalmaqal yaratdı – Şok dialoq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qəndil vuruldu, 35 PKK lideri məhv edildi” açıqlaması sözügedən terror qruplaşmasının daxilində xaos yaradıb.

Axar.az xəbər verir ki, Türkiyənin kəşfiyyat orqanları terrorçularla qruplaşma rəhbərliyi arasındakı sərt danışıqları qeydə alıb. Məlumata görə, PKK-çıların rəhbərliyə “vurulan kimdir” sualını ünvanlaması qruplaşma rəhbərliyinin kəskin reaksiyasına səbəb olub.

PKK terrorçularının Qəndil rəhbərliyi ilə rabitə danışığını təqdim edirik:

Roj (Qəndilin əsas rabitə kodu): “Davam elə, Agit, sözün var? Nə üçün bu kanaldasan?”

Agit: “Anlaşıldı, Roj. RTE-nin (Rəcəb Tayyib Ərdoğan) düşmən nəşrləri (Türkiyə mətbuatı) müdafiə sahəsində (Qəndil) qanadların (qırıcı) toplantını hədəf aldığını və 35 sədrin vurulduğunu yazır. Doğrudurmu?”

Roj: “Agit, niyə soruşursan? Bu marağa səbəb nədir?”

Agit: “Roj, dostlar olaraq maraqlanırıq. Sən niyə əsəbiləşirsən?”

Ez Velat: “Mən də maraqlanıram”.

Ez Diyar Garzan: “Kimin öldüyünü soruşmaq cinayətdir?”

Ez Beste Agiri: “Roj, kefin pozuldusa, Camal sədrin (Murad Qarailan) suyundan iç”.

Roj: “Bu etdiklərinizlə düşmənə xidmət edirsiniz”.

Ez Kobani Zinar: “Düşmən olmasalar, bunu soruşmazlar”.

Ez Herekol Rojhat: “Sən şərəfsizlik eləmə, yaltaq”.

Agit: “Söyləyin, siz kimin itisiniz? Camal (Murad Qarailan), Cümə (Cəmil Bayık), yoxsa Abbasın (Duran Qalxan)?”

Roj: “Danışıqlarınızı diqqətlə dinləyirəm. Hamınız bunun hesabını verəcəksiniz”.

Agit: “Sizə də, hesabınıza da... Cavab verməyə cürətiniz çatmadı. Təhdid edirsən?”

Kobani Zinar: “İnsanın başına maraqdan nə gələr?” (gülüş səsləri)

Agit: “Tezliklə o yaltaqlıq etdiklərinin başına gələnlər ortaya çıxanda mənə gülməzsən, şərəfsiz”.

Xatırladaq ki, Türkiyə mətbuatı Qəndildə öldürülən PKK liderləri arasında Cəmil Bayıkın da olduğunu yazmışdı.
dle 10.5