DataLife Engine > Manşet / Siyasət > Belə qazan və tavaları dərhal atın - Ölümcül təhlükə

Belə qazan və tavaları dərhal atın - Ölümcül təhlükə


30-06-2018, 08:08. : Admin Belə qazan və tavaları dərhal atın - Ölümcül təhlükə
Bir çox evlərdə teflon tava və qazanlardan istifadə olunur.

Lakin istifadədə çox rahat olan bu mətbəx ləvazimatları ciddi təhlükə mənbəyidir. Söhbət köhnə, teflon qatı üzərində çat və cızıqlar olan tava və qazanlardan gedir.

Saglamolun.az xəbər verir ki, elmi araşdırmalar zədələnmiş teflon qatının sağlamlıq üçün çox ciddi ziyanını aşkar edib.

Belə ki, teflon qatı zədələndikdə qidaya toksiki perftoroktan turşusu daxil olmağa başlayır. İnsan orqanizminə düşdükdə bu turşu xolesterinin səviyyəsinin artmasına, immun sisteminin zəifləməsinə, qalxanvari vəzidə pozulmaların riskinin artmasına səbəb olur.

Bundan əlavə araşdırmalar göstərir ki, perftoroktan turşusu xərçəngin inkişafına da təkan verə bilər. Gəmiricilər üzərində aparılmış eksperimentlər göstərib ki, turşu qaraciyər, mədəaltı vəzi, cinsiyyət orqanlarında xərçəng şişlərinin yaranmasına səbəb ola bilər.

Bu səbəbdən son zamanlar mütəxəssislər teflon qazan və tavaların istifadəsindən imtina etməyə çağırır. Mütəxəssislərin fikrinə görə, paslanmayan polad və ya çuqundan hazırlanmış tava və qazanlardan istifadə etmək qat-qat təhlükəsizdir.
dle 10.5