DataLife Engine > Manşet / İdman > İrandan imtina etdi, azərbaycanlılar ayağa qalxdı

İrandan imtina etdi, azərbaycanlılar ayağa qalxdı


30-06-2018, 08:15. : Admin İrandan imtina etdi, azərbaycanlılar ayağa qalxdı
Futbol üzrə İran milli komandasında çıxış edən yeganə türkmən oyunçu Sərdar Azmun yığmadan ayrılıb.

Gənc futbolçu bu qərarı İranda irqi ayrı-seçkiliyə məruz qaldığına görə verdiyini açıqlayıb.

Rusiyanın “Rubin” futbol klubunun 23 yaşlı oyunçusu dünya çempionatında iranlı azarkeşlər tərəfindən təhqir edilib.

Sərdar Azmun qərarını belə açıqlayıb: “İranlı azarkeşlərin bu təhqirləri və təhdidləri xəstə anamı həyati təhlükə qarşısında qoyub. Vəziyyəti pisləşdi. Mənsə İran yığmasını yox, anamı seçdim. İkisindən birini seçməliydim”.

Güney Azərbaycandan olan soydaşlarımız sosial şəbəkələrdə Sərdar Azmuna dəstək kampaniyasına başlayıblar. Ölkə miqyasında irqi ayrı-seçkiliyə yol verdiyinə görə İran hakimiyyəti sərt şəkildə tənqid edilib.

Qeyd edək ki, türkmənlər Güney Azərbaycanın Gülüstan (Türkmənsəhra), İranın Xorasan və Mazandaran bölgələrində yaşayırlar. İrandakı digər qeyri-farslar kimi türkmənlər də irqi ayrı-seçkiliyə məruz qalırlar.
dle 10.5