DataLife Engine > Manşet / Sağlamlıq > Pediatrdan uşaqlar üçün yay məsləhəti

Pediatrdan uşaqlar üçün yay məsləhəti


30-06-2018, 08:18. : Admin Pediatrdan uşaqlar üçün yay məsləhəti
Uşaqları saat 10-dan 17-dək açıq havaya, günəşin birbaşa təsiri altına- çıxartmayın. Bu, onların səhhəti üçün olduqca təhlükəlidir.

Bu sözləri pediatr Vaqif Qarayev temperaturun yüksəlməsinin uşaqlara təsirlərindən danışarkən bildirib. Pediatr qeyd ki, belə havalarda valideynlər xüsusilə uşağın geyiminin sintetik olmamasına diqqət etməlidir:

“Yüngül pambıq və kətan parçadan olan geyimlərdən istifadə edilməsi daha məqsədəuyğundur. Axşam saatlarında havaya çıxarkən baş geyimi xüsusilə vacibdir. Müxtəlif papaqlardan, beretlərdən istifadə edilməlidir. Gün ərzində mütəmadi olaraq adi sudan istifadə edilməlidir. Vaxtaşırı soyuq duş faydalıdır”.

Həkim bildirib ki, hava nə qədər isti olsa da, kondisionerlə evin havasının qurudulması uşaqlar üçün olduqca təhlükəlidir:

“Evdə kondisionerlə havanı qurutmayın. Ventilyasiya daha yaxşı və çox vacibdir. Uşaqlar üçün bişirilən yeməklərdə xüsusilə tərəvəzlərə, keyfiyyətli və tez həzm olunan qidalara üstünlük verilməlidir”.
dle 10.5