DataLife Engine > Manşet > Roza Əlinin qarşısında buna görə diz çökdü - Video

Roza Əlinin qarşısında buna görə diz çökdü - Video


30-06-2018, 08:22. : Admin Roza Əlinin qarşısında buna görə diz çökdü - Video
“Maşın şou”nun ilk günündə Əli Mirəliyevə söz vermişdim ki, əgər maşını qazansam, xeyriyyə məqsədi üçün istifadə edəcəm. Bu hərəkətim üçün Əli Mirəliyev məni görəndə diz çökdü.

Kult.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli İnstaqram hesabında yayımladığı videoda söyləyib. O, ünvanına təhqir və nalayiq ifadələr yazan izləyicilərinə ismarış göndərib:

“Bu gün ARB TV-nin “Səhər-Səhər” verilişində Əli Mirəliyevin qarşımda diz çökməsinə görə sosial şəbəkələrdə mənə ağızlarına gələni yazırlar. Bu, mənim üçün böyük bir jest idi. Mən də onun qarşısında kiçikliyimi göstərmək üçün diz çökdüm.

Öz evində böyüyünə hörmət qoyan insan sosial şəbəkələrdə pələng olub, Əli Mirəliyevə söz deməz. Bir də görsəm ki, kimsə sosial şəbəkələrdə ağzına gələni yazır, o insanın nəsil-nəcabətini bir araya yığıb rüsvay edəcəm. Ona görə də ağıllı olun. Çünki Əli Mirəliyev kimi sözübütöv, kişi adam mənə nalayiq sözlər yazanların ailəsində yoxdur. Sonra gedib deməyin ki, Roza xalqı söydü. Roza xalqın bəzi düşük nümayəndələrinin başına ağıl qoydu. Ağıllı olun!”

Qeyd edək ki, Əli Mirəliyev ARB TV-nin “Səhər-Səhər” verilişində qonaq olan müğənni Roza Zərgərlinin qarşısında diz çökərək, “Sevdim səni, Roza” deyə mahnı oxuyub.

Bir müddət əvvəl “Maşın şou” 16-cı mövsümündə qalib olan Roza Zərgərli avtomobildən imtina edərək, maşının xeyriyyə məqsədləri üçün istifadə edilməsini istəyib.


dle 10.5