DataLife Engine > Manşet / Siyasət > Əli qandallı şəkildə döyülüb, dişi qırılıb – Şahidlər

Əli qandallı şəkildə döyülüb, dişi qırılıb – Şahidlər


11-07-2018, 08:29. : Admin Əli qandallı şəkildə döyülüb, dişi qırılıb – Şahidlər
Ötən həftə keçirilən Babək qalası yürüşünə görə saxlanılan urmiyalı milli-mədəni fəal Qulam Quluzadə işgəncələrə məruz qalıb.

Bu barədə sözügedən yürüşə görə həbs edilən və sonradan azadlığa buraxılan fəallar danışıblar.

“Qulam əlləri qandallı şəkildə döyüldü. Onun aldığı zərbələrdən halı tam pisləşdi və ürəyi getdi. Bu səbəbdən Kəleybər Polis İdarəsinin poliklinikasında bir gecə həkim nəzarətində saxlanıldı. O poliklinikadan naməlum yerə aparılıb”, - fəallar bildirib.

Əli qandallı şəkildə ETTELAAT əməkdaşları tərəfindən döyülən Q.Quluzadənin bir qolu və dişlərinin qırıldığı da deyilir.

Qeyd edək ki, hazırda fəalın harada saxlandığı bilinmir. Ailəsi müxtəlif orqanlara müraciət edərək onun vəziyyəti haqda məlumat almaq istəyib, lakin bu, mümkün olmayıb.
dle 10.5