DataLife Engine > Manşet / Siyasət > Türkiyə hərbçiləri əməliyyata başladı: "Türk Tarık" axtarılır

Türkiyə hərbçiləri əməliyyata başladı: "Türk Tarık" axtarılır


11-07-2018, 08:34. : Admin Türkiyə hərbçiləri əməliyyata başladı: "Türk Tarık" axtarılır
Türkiyənin Giresun şəhərinin Güce mahalında PKK-ya qarşı aparılan əməliyyat davam edir.

Türkiyə hərbçiləri "Türk Tarık" adı altında fəaliyyət göstərən terrorçunun axtarışlarını aparır.

Bildirilir ki, sözügedən bölgədə 3 terrorçu axtarılır. Onların başında duran şəxs isə "Türk Tarık" ləqəbli şəxsdir.

Qeyd edək ki, ötən gün Türkiyə ordusunun yüksək səviyyəli hərbçisi PKK tərəfindən öldürülüb. Bundan sonra bölgədə intensiv əməliyyat aparılır.
dle 10.5