DataLife Engine > Manşet / İdman > "Qarabağ" BATE-ni keçə bilməsə, bu klubla görüşəcək

"Qarabağ" BATE-ni keçə bilməsə, bu klubla görüşəcək


7-08-2018, 08:41. : Admin "Qarabağ" BATE-ni keçə bilməsə, bu klubla görüşəcək
Bu gün İsveçrənin Nyon şəhərində avrokubokların pley-off mərhələsinin püşkü atılıb.

Axar.az xəbər verir ki, püşkatmada Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib. Belə ki, səpələnməmişlər səbətində yer alan təmsilçimiz BATE-ni keçəcəyi halda, Hollandiyanın güclü PSV klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk matçlar 21-22 avqust, cavab qarşılaşmaları isə 28-29 avqustda keçiriləcək.


Avropa Liqasının pley-off mərhələsinin də püşkü atılıb.

"Qarabağ" BATE səddini keçə bilməsə, "Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.
dle 10.5