DataLife Engine > Manşet / Siyasət > Səudiyyə 24 saat vaxt verdi – Gərginlik

Səudiyyə 24 saat vaxt verdi – Gərginlik


7-08-2018, 08:50. : Admin Səudiyyə 24 saat vaxt verdi – Gərginlik
Səudiyyə Ərəbistanı Kanadadakı səfirini konsultasiya üçün geri çağırıb.

Bu barədə informasiyanı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yayıb.

Bundan başqa, Ər-Riyad Kanadanın Səudiyyə Ərəbistanındakı səfirini arzuolunmaz şəxs elan edib və onun ölkəni tərk etməsi üçün 24 saat vaxt verib. Ər-Riyad həmçinin, Kanada ilə bütün yeni ticarət və investisiya tranzaksiyalarının dondurulması haqqında qərar qəbul edib.

Qeyd edək ki, Kanada Xarici İşlər naziri Xristya Friland bundan öncə Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi Samar Bədəvi və bacısı Raif Bədəvinin tutulmasına etiraz etmişdi.
dle 10.5