DataLife Engine > Manşet / Siyasət > ABŞ İran və Çini zəbt edəcək, sonra isə...

ABŞ İran və Çini zəbt edəcək, sonra isə...


7-08-2018, 09:00. : Admin ABŞ İran və Çini zəbt edəcək, sonra isə...
İŞİD üzvləri hələ də çöllük ərazilərdən istifadə edərək, gizlicə Suriya-İraq sərhədini keçirlər.

Bunu İraqın Ənbar vilayətinin məclis üzvü Fərhan Məhəmməd əl-Dulaimi bildirib.

Dulaimi bəyanatında söyləyib ki, bu hərəkətlər ABŞ hərbi-hava qüvvələrinin gözü qarşısında baş verir.

Dulaiminin bəyanatını dəyərləndirən iraqlı siyasətçi Əhməd əş-Şərifi onun sözlərini təsdiq edib: "Gələn bütün məlumatlar amerikalıların terrorçuların fəaliyyətinə göz yumduğunu göstərir. İŞİD ABŞ-ın Bağdada təzyiq üçün investisiya layihəsidir".

Şərifi qeyd edib ki, ABŞ ilk növbədə İran və Çini zəbt etmək strategiyasını reallaşdırmaq istəyir, daha sonra Rusiyanın Suriyada varlığına son qoymaq üçün İraqa ehtiyac duyur. Terrorçular tamamilə məhv edildikdən sonra da Rusiyanın Suriyadan getməyəcəyi hər kəsə bəllidir. Bu, uzunmüddətli strateji əməkdaşlığa bir nümunədir. ABŞ İraqa kök salmaq üçün mümkün olan hər şeyi edir. İraq və Suriya üzərindən mühüm neft kəmərləri keçir. Üstəlik, bu ölkələr Çindən gələn Yeni İpək Yolunun halqalarıdır.
dle 10.5