DataLife Engine > Manşet / Siyasət > Trampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdı

Trampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdı


11-08-2018, 08:28. : Admin Trampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdı
ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb:

“Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 faizdir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarında 1 dollar 6,17 türk lirəsinə qalxıb. Dolların dəyəri cəmi üç saat içərisində 59 quruş bahalaşıb.
dle 10.5