DataLife Engine > Manşet / Sağlamlıq > Stress və depressiyanı müalicə edən ən yaxşı üsul

Stress və depressiyanı müalicə edən ən yaxşı üsul


11-08-2018, 08:30. : Admin Stress və depressiyanı müalicə edən ən yaxşı üsul
Tanınmış Britaniya alimi professor Metyu Uolker sübut edir ki, yuxu insan beyninə müalicəvi təsir edir.

Əvvəllər belə hesab olunurdu ki, yuxu zamanı beyin məlumatları analiz və emal edir. Lakin yuxu daha mürəkkəb prosesdir və beyin yuxu zamanı həm də sakitləşir və bərpa olunur.

Professor Uolkerin fikrinə görə, yuxu zamanı istənilən travmatik hadisələrdən sonra yaranan emosional ağrı azalır. Həmçinin yuxu zamanı stress-hormonların (adrenalin, noradrenalin, kortizol) ifrazı dayanır ki, bu da həyacanın və stressin azalmasına yardım edir.

Professor Uolkerin fikrinə görə, emosional yaraları zaman deyil, yuxu müalicə edir. Yuxu ağır stress, depressiya və digər psixoloji pozulmalar zamanı yaxşı kömək edir.
dle 10.5