DataLife Engine > Manşet / Siyasət > Sanksiyalar İrəvanı da vurdu – Boş hay-küy

Sanksiyalar İrəvanı da vurdu – Boş hay-küy


5-09-2018, 09:17. : Admin Sanksiyalar İrəvanı da vurdu – Boş hay-küy
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ermənistana da təsir göstərir.

Bu iddia ilə jurnalistlərə açıqlamasında Ermənistanın İqtisadi İnkişaf naziri Artsvik Minasyan deyib. Onun sözlərinə görə, hələlik bu sanksiyaların erməni iqtisadiyyatına nə qədər təsir etməsiylə bağlı araşdırma aparılmayıb.

O, bu sanksiyaların daha çox “Rusal Armenal” şirkətinin istehsalına təsir göstərdiyini bildirib.

Qeyd edək ki, Minasyanın bu açıqlaması daha çox təbliğat xarakteri daşıyır və “Rusiyaya görə əziyyət çəkirik” görüntüsünə hesablanıb. Çünki Ermənistanın idxal-ixrac imkanları çox məhduddur və bu məhdud idxal və ya ixraca da hər hansı sanksiya tətbiq edildiyi haqda heç bir informasiya yoxdur.
dle 10.5