DataLife Engine > Manşet / Siyasət > Trampdan Moskva və Tehrana çağırış

Trampdan Moskva və Tehrana çağırış


5-09-2018, 09:18. : Admin Trampdan Moskva və Tehrana çağırış
ABŞ Prezidenti Donald Tramp Əsəd rejiminin İdlibdəki müxaliflərə hücuma hazırlaşmasını kəskin şəkildə pisləyib.

Tramp bu barədə fikrini öz Tvitter səhifəsində paylaşıb.

“Ruslar və iranlılar bu potensial insanlıq faciəsinə qatılaraq ciddi insani xətaya yol verirlər. Yüzminlərlə insan ölə bilər. Bunun olmasına izn verməyin”, – deyə o bildiirb.

Qeyd edək ki, İdlib Əsədə qarşı vuruşan müxaliflərin nəzarət etdiyi son bölgədir. Əsəd rejimi İran və Rusiyanın dəstəyi ilə bu əraziyə hücuma hazırlayır.
dle 10.5