DataLife Engine > Manşet > “Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - Foto

“Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - Foto


5-10-2018, 09:02. : Admin “Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - Foto
Bu gün “Bakı Bus”a məxsus 3 nömrəli marşrut xətti ilə hərəkət edən 99 JH 229 dövlət nömrəli nişanlı avtobusda problem yaşanıb.

Avtobusun ön qapısının bir layı qırılıb və hərəkət intervalında ləngimələr yaranıb. Sərnişinlər etiraz edərək, həmin avtobusun ön qapısının hər zaman bir layının açıldığını və həmin laya güc düşdüyü üçün sıradan çıxdığını bildirib.

Məsələ ilə bağlı açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev problemin bir layın açılmasından qaynaqlanmadığını deyib:

“Qapıda texniki problem yaranıb. Avtobus xətdə olan zaman texniki problem olarsa, personal ərazidə tədbir görür, mümkün olmadıqda isə avtobus istehsalat bazasına qaytarılır”.

Mais Ağayev onu da bildirib ki, həmin avtobuslar hər gün texniki baxışdan keçdikdən sonra xəttə buraxılır.

Qeyd edək ki, "Bakı Bus" avtobuslarında uzun müddətdir sərnişinlərin minməsi üçün nəzərdə tutulan ön qapının yalnız bir layi açılır. Sürücülərin bildirdiyinə görə, bu, sərnişinlərin sıxlıq zamanı ödənişdən yayınmasının qarşısını almaq üçün "Bakı Bus" tərəfindən tətbiq edilib və qapıya müdaxilə edilərək, bir layının daimi bağlı qalması təmin edilib.

Sərnişinlərin komfortlu avtobusa minməsində narahatlıq yaradan bu halla bağlı "Bakı Bus" bu vaxta qədər heç bir açıqlama verməyib.
dle 10.5