DataLife Engine > Manşet / Siyasət > ABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıq

ABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıq


5-10-2018, 09:25. : Admin ABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıq
Batmanda bu gün baş verən hücumu şiddətlə qınayır, dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyindən informasiya yayılıb.

“PKK terrorçuları hücumlara son verməlidir. Terrorla mübarizədə müttəfiqimiz Türkiyənin yanındayıq”, - səfirlik açıqlamasında deyilib.

Qeyd edək ki, Türkiyənin Batman bölgəsində yol kənarında yerləşdirilmiş uzaqdan idarə edilən partladıcının işə salınması nəticəsində ərazidən keçən hərbi maşındakı 7 əsgər şəhid olmuşdu.
dle 10.5