DataLife Engine > Manşet / Siyasət > Fransanın İrəvana atdığı “xilas kəməri”... – Şərh

Fransanın İrəvana atdığı “xilas kəməri”... – Şərh


5-10-2018, 09:31. : Admin Fransanın İrəvana atdığı “xilas kəməri”... – Şərh
Fransızca danışan dövlətlərin zirvə toplantısının İrəvanda keçirilməsi bir növ Ermənistana atılan xilas kəmərinə bənzəyir.

Bu sözləri Axar.az-a Ermənistanda Frankafoniya sammitinin keçirilməsinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, Frankafoniya sammitinin İrəvanda keçirilməsini qeyri-adekvatdır:

“İrəvanın belə mötəbər qlobal tədbirləri keçirməyə nə maliyyəsi, nə də yeri var. Ermənistan bu gün xarici ianələr hesabına ayaqda durur. Digər tərəfdən, Ermənistanın fransızdilli xalqlara da heç bir aidiyyəti yoxdur. Hətta vaxtilə Fransanın müstəmləkəsi olmuş Frankafoniya ilə Ermənistan arasında nə mənəvi, tarix, nə də ortaq cəhətlər var. O üzdən də hesab edirəm ki, fransızca danışan dövlətlərin zirvə toplantısının İrəvanda keçirilməsi bir növ Ermənistana atılan xilas kəmərinə bənzəyir. Burada fransızlar yenə də dolayısı yolla erməniləri dünya arenasına çıxarmaq, hətta fransızdilli xalqların sammitinə qəbul etmək istəyirlər. Ancaq bu, baş tutmayacaq. Çünki Ermənistanın fransız dilində danışan dövlətlər ailəsinə qəbul edilməsi fikri belə gülünc doğurur”.

Politoloqun fikrincə, Ermənistan hər zamankı kimi təxribatçı əməllərə əl atmaqla tədbirin siyasiləşdirilməsinə cəhd edə bilər:

“Bu tədbiri sadəcə siyasi motivlərlə keçirməklə Ermənistanı diqqət mərkəzinə gətirmək istəyirlər. İrəvan bu tədbirdən maksimum istifadə etməyə çalışacaq və tədbirə toplaşan dövlətlərdən Ermənistana investisiyalar yatırılmasına, hətta tədbirə qatılan müsəlman dövlətlərin mövqeyini Azərbaycan əleyhinə dəyişdirməyə belə cəhd edə bilərlər. Məsələn, sammitə qatılacaq Mərakeş, Tunis və Liviya müsəlman ölkələri olsalar da, fransızdilli xalqlar sırasına daxildirlər. Güman edirəm ki, həmin xalqlar erməni təbliğatına uymayacaqlar və Azərbaycanın haqq işini müdafiə edəcəklər. Ermənilərin öz xislətlərinə xas təbliğat və avantüra cəhdlərinin nəticəsiz qalacağını indidən söyləmək mümkündür”.
dle 10.5