DataLife Engine > Manşet / Siyasət > Türk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..

Türk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..


5-10-2018, 09:33. : Admin Türk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..
Terror qruplaşmaları İdlibdə silahsızlandırılmış bölgədən çıxmağı qəbul edib.

Bu barədə Suriyanın “Əl-Vətən” qəzeti məlumat yayıb.

Bundan əlavə, “Heyəti Təhriri Şam” (HTŞ) rəhbərləri ilə əlaqə saxlayan Rusiyanın “Kommersant” qəzeti bu qruplaşmanın məhz Türkiyənin təkidi ilə İdlibdən çıxdığını yazıb.

Belə ki, Türkiyə kəşfiyyatının HTŞ ilə apardığı intensiv danışıqlar nəticəsində qruplaşma cihad ideologiyasından imtina edib və bundan sonra o, terror şəbəkəsi olaraq qəbul edilməyəcək.

Ekspertlər bu qərarın HTŞ-nin Soçi razılaşmasını qəbul etdiyi anlamına gəldiyini bildirirlər.
dle 10.5