DataLife Engine > Manşet / Hadisə > Məşhur meyxanaçının ayaqları tutuldu

Məşhur meyxanaçının ayaqları tutuldu


8-02-2019, 11:04. : Admin Məşhur meyxanaçının ayaqları tutuldu
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub.

Kult.az Milli.Az-a istinadən xəbər verir ki, bunu "Hər şey daxil”ə telefon vasitəsi ilə qoşulan meyxanaçının oğlu Kamil deyib. Kamil atasının artıq iki həftədir yeriyə bilmədiyini bildirib:

"Vəziyyəti 1 aydır pisləşib. Ayaqları isə artıq iki həftədir tutulub. Özəl xəstəxanalardan birində müalicə etdirdik. 6 gün orada qaldı. Bir az maddi çətinlik çəkdiyimizə görə xəstəxanaya köçürdüyümüz məbləğ yetərli olmadı. Ona görə də müalicəsi yarımçıq qaldı, xəstəxanadan çıxarmalı olduq. Həkimlər deyirlər ki, xəstəxanada müalicəsi daha düzgün gedər, nəinki evdə. Xəstəxanada qalsa, 2 aya ayağa qaldırarıq onu. 2 aylıq müalicəsi üçün 20-25 min manat lazımdır”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb.
dle 10.5