DataLife Engine > Manşet / Siyasət > Zaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - Video

Zaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - Video


8-02-2019, 11:23. : Admin Zaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - Video
Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür.

Report xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri S.Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb: "Hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. Görüşdən əvvəl sizə ətraflı məlumat verəcəyik", - deyə o bildirib.

dle 10.5