DataLife Engine > Manşet / Siyasət > Bolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdi

Bolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdi


8-02-2019, 12:07. : Admin Bolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdi
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Danimarka Xarici İşlər naziri Anders Samuelsenlə Vaşinqtonda görüşüb.

Axar.az xəbər verir ki, bu məlumatı Bolton öz Tvitter səhifəsində paylaşıb. Məlumata görə, görüşdə əsas müzakirə mövzusu “Şimal axını 2”, Rusiyanın siyasəti, NATO-nun gücləndirilməsi və Arktikada əməkdaşlıq məsələləri olub.

O, Danimarkanın İran məsələsində mövqeyini yüksək dəyərləndirdiklərini bildirib.

Qeyd edək ki, Danimarka “Şimal axını 2” layihəsində əsas ölkələrdən biridir. Belə ki, rəsmi Kopenhagen Moskvanın öz ərazi sularından istifadə edərək qaz kəməri çəkməsinə razılıq verməyən yeganə ölkədir.
dle 10.5