DataLife Engine > Manşet / Siyasət > Jirninovskidən Lukaşenkoya: “Belarusu Rusiyaya ver”

Jirninovskidən Lukaşenkoya: “Belarusu Rusiyaya ver”


5-02-2017, 19:31. : Admin Jirninovskidən Lukaşenkoya: “Belarusu Rusiyaya ver”
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan nə mümkündür, o qədər sorub. Təklif edirəm ki, indi Belarusu Rusiyanın tərkib hissəsi etsin.

Bu sözləri Vladimir Jirinovski sədri olduğu Rusiya Liberal Demokrat Partiyasının qurultayında deyib.

“Belə bir rus deyimi var: mehriban buzov iki ananın südünü sorar. Belarus rəhbərliyi Rusiyadan nə mümkündür, hər şey sorub, indi isə biz deyirik: Nə qədər olar? Lukaşenko nə istəyir? Ayrıca ölkədir, ancaq qiymətlər Rusiya daxilindəki kimi olmalıdır. Hansı əsasla? Onda bizim dövlətin tərkib hissəsi olun. Yoxsa oturub, Rusiya ver, AB ver... Necə də yaxşıdır”, - Jirinovski deyib.

Jirinovski qeyd edib ki, buna baxmayaraq, Rusiya həm Ukrayna, həm Belarus, həm Qazaxıstan, həm də Orta Asiya xalqları ilə normal münasibət saxlayacaq.

Qeyd edək ki, Lukaşenko Rusiya əleyhinə bəyanatla çıxış edib, Moskvanın Belarusa milyardlarla ziyan verdiyini bildirib. Bununla belə, Rusiyanın Belarusu ilhaq edəcəyinə inanmadığını bildirib.
dle 10.5