DataLife Engine > Manşet / Siyasət > “Mavi Mərmərə”dən sonra türk nazir ilk dəfə İsraildə

“Mavi Mərmərə”dən sonra türk nazir ilk dəfə İsraildə


7-02-2017, 08:19. : Admin “Mavi Mərmərə”dən sonra türk nazir ilk dəfə İsraildə
Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avcı Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesi çərçivəsində İsrailin paytaxtı Tel-Əvivə səfər edib.

Nəbi Avcı 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücumdan sonra İsraili ziyarət edən ilk türk naziri olub.

Türkiyə rəsmisi sabah İsrailin Turizm naziri Yariv Levin ilə görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək. Nəbi Avcı həmçinin Aralıq dənizi Turizm Sərgisinin açılışına qatılacaq.

Səfər çərçivəsində türkiyəli nazir İsrail Türk Yəhudiləri ilə də bir araya gələcək. Səfərdən sonra İsraildən Türkiyəyə gələn turist sayında artım gözlənilir.

Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələrinin 31 may 2010-cu ildə Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində 10 türk vətəndaşının həyatını itirməsi iki ölkə əlaqələrinin kəsilməsinə səbəb olmuşdu. Əlaqələr İsrailin üzr istəməsi, qurbanların ailələrinə ödənəcək təzminatı Türkiyəyə çatdırması və Qəzzaya humanitar yardımların çatdırılmasının bərpasından sonra bərpa olunub.
dle 10.5