DataLife Engine > Manşet / Siyasət > Ruhani 27 layihə ilə bağlı Qərbi Azərbaycana gedir

Ruhani 27 layihə ilə bağlı Qərbi Azərbaycana gedir


21-05-2019, 09:06. : Admin Ruhani 27 layihə ilə bağlı Qərbi Azərbaycana gedir
Bu gün İran Prezidenti Həsən Ruhani ölkənin qərbində yerləşən Qərbi Azərbaycan vilayətinə səfər edəcək.

Bunu İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari deyib.

M.Şəhriyarinin sözlərinə görə, İran prezidentinin Qərbi Azərbaycan vilayətinin Maku rayonuna səfəri çərçivəsində 27 layihə istismara veriləcək. Urmiya gölünün bərpası istiqamətində 47 trilyon rial (təxminən 1,11 milyard dollar) dəyərində layihənin açılışı olacaq.

Vali əlavə edib ki, 27 layihəyə 4,46 trilyon rial (təxminən 106 milyon dollar) investisiya yatırılıb.
dle 10.5