DataLife Engine > Manşet / Siyasət > Haftar Makronu rədd etdi: Tripolidən çəkilməyəcəyəm!

Haftar Makronu rədd etdi: Tripolidən çəkilməyəcəyəm!


23-05-2019, 09:35. : Admin Haftar Makronu rədd etdi: Tripolidən çəkilməyəcəyəm!
Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftar Fransa Prezidenti Emmanuel Makronla telefon söhbəti zamanı beynəlxalq əsasda tanınmış Fayez Sərrac hökuməti ilə atəşkəsdən imtina edib.

Bunu Makron administrasiyasının nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

“Atəşin dayandırılması ilə bağlı danışıqlar başlanan vaxt Haftarın cavabı belə oldu: Bu gün atəşin dayandırılmasını kiminlə müzakirə edək?” – deyə fransalı rəsmi bildirib.

O qeyd edib ki, Haftarın Tripolidən geri çəkilmək niyyəti yoxdur və paytaxtı döyüşçülərdən təmizləməyi düşünür.
dle 10.5