DataLife Engine > Manşet / Siyasət > Amerika gəmiləri nəzarətimizdədir - SEPAH

Amerika gəmiləri nəzarətimizdədir - SEPAH


23-05-2019, 09:53. : Admin Amerika gəmiləri nəzarətimizdədir - SEPAH
İran Silahlı Qüvvələri ABŞ gəmilərinin Yaxın Şərqdə hərəkətinə tamamilə nəzarət edir.

Bu sözləri SEPAH rəhbərinin müavini Əli Fədəvi deyib.

“Fars körfəzində yerləşən gəmilər İranın hərbi-dəniz qüvvələrinin və ordunun tam nəzarətindədir. Narahatlığa əsas yoxdur”, - deyə Fədəvi bildirib.

Qeyd edək ki, İranla gərginləşən münasibətlər fonunda ABŞ Fars körfəzinə 7 gəmi və "Patriot" zenit-raket kompleksi yerləşdirib.
dle 10.5