DataLife Engine > Manşet / Sağlamlıq > Antiperspirantlar bu ağır xəstəlikləri yarada bilər

Antiperspirantlar bu ağır xəstəlikləri yarada bilər


23-05-2019, 19:49. : Admin
Antiperspirantlar bu ağır xəstəlikləri yarada bilər
Almaniya alimləri sübut edirlər ki, antiperspirantlarıdan istifadə ağır nevroloji xəstəliklərin inkişafına səbəb ola bilər.

Bunun səbəbi antiperspirantların tərkibində olan allüminiumdur. Məhz allüminium yayılmış skleroz və alzeymer xəstəliyinin inkişafı ilə əlaqələndirilir.

Sağlamolun.az xəbər verir ki, alimlər yayılmış skleroz xəstəliyindən vəfat edən insanların beynini təhlil etdikdən sonra orada allüminiumun yüksək səviyyədə olmasını aşkar ediblər.

Kil Universiseti alimlərinin fikrinə görə, insan orqanizminə vaksinlər və antiperspiratlardan daxil olan allüminium burada toplanaraq beyində patoloji proseslərin inkişafına təkan verir.

Bütün bunları nəzərə alaraq alimlər antiperspirantlardan daha az istifadə etməyi, onları təbii vasitələrlə əvəz etməyi tövsiyə edirlər.
dle 10.5