DataLife Engine > Manşet / İdman > Neymardan Mbappeyə atmaca: Biri PSJ-ni tərk edir

Neymardan Mbappeyə atmaca: Biri PSJ-ni tərk edir


24-05-2019, 18:17. : Admin Neymardan Mbappeyə atmaca: Biri PSJ-ni tərk edir
Bu yay Neymar və ya Kilian Mbappe PSJ-dən ayrıla bilər.

Paris klubunun aparıcı oyunçuları arasında ciddi fikir ayrılıqları yaranıb. Braziliyalı hücumçunun komandanın gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra fransalı futboçu ilə münasibətləri gərginləşdirib. Çünki Mbappe bu sözlərin onun ünvanına deyildiyini düşünüb.

Mbappenin həmçinin hazırkı maaşından narazı olduğu vurğulanıb. O, hazırda Neymardan üç dəfə az maaş alır. 20 yaşlı hücumunun fikrincə, cari mövsüm öz oyunu ilə komandanın yüksək maaş almağa layiq biri olduğunu sübut edib.

Qeyd olunub ki, ikili arasında münasibətlər o qədər mürəkkəb həddə çatıb ki, yayda onlardan biri PSJ-ni tərk edə bilər.
dle 10.5