DataLife Engine > Manşet / İdman > Məşhur futbolçular Bakıda - Foto

Məşhur futbolçular Bakıda - Foto


26-05-2019, 08:46. : Admin Məşhur futbolçular Bakıda - Foto
UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində mayın 25-də Dənizkənarı Milli Parkda azarkeş festivalı təşkil olunub.

UEFA Avropa Liqasının kubokunun nümayiş olunduğu festivalda Baş nazirin müavini, UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, məşhur futbolçular - İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen və İtaliya yığmasının sabiq qapıçısı Françesko Toldo, AFFA-nın prezidenti Rövnəq Abdullayev da iştirak ediblər.

Festivala böyük maraq göstərən şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları UEFA Avropa Liqasının kuboku və tanınmış futbolçularla xatirə şəkilləri çəkdiriblər.

Məşhur futbolçular Bakıda - Foto
dle 10.5