DataLife Engine > Manşet / Siyasət > Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdi

Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdi


26-05-2019, 08:48. : Admin Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdi
Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.

Əməliyyat nəticəsində PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirilib. Bildirilir ki, terrorçu təşkilatın aparıcı şəxsləri bu vaxtadək Qara dəniz üzrə terror aktlarını bu qərargahda planlaşdırıblar. Həmin aktlar nəticəsində son beş ildə 11 hərbçi və 1 mülki şəxs terror qurbanı olub. Bu müddətdə təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatları nəticəsində 15 terrorçu məhv edilib, 6-sı tutulub, 3-ü təslim olub. Terrorçulardan 9-u Daxili İşlər Nazirliyi tərəfindən axtarılıb.

Son günlər Bitlis vilayətinin Tatvan rayonunda keçirilən antiterror əməliyyatlarında isə 6 terrorçu məhv edilib.

Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk bölgəsindəki PKK düşərgələrinə növbəti dəfə zərbə endiriblər.
dle 10.5