DataLife Engine > Manşet / İdman > "Arsenal" Bakıya hansı futbolçularla gəlib? - Siyahı

"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - Siyahı


26-05-2019, 08:58. : Admin "Arsenal" Bakıya hansı futbolçularla gəlib? - Siyahı
"Arsenal" klubunun futbolçuları artıq Bakıya yola düşüblər. Bununla bağlı komandanın üzvləri sosial şəbəkələrdə görüntülər paylaşıblar.

"Arsenal"ın türk əsilli futbolçusu Məsud Özil də paylaşım edərək növbəti dayanacağın Bakı olacağını yazıb. O bundan əvvəl də "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq! Bakıda görüşənədək" sözlərilə fanatlarına müraciət etmişdi.

Həmçinin o da məlum olub ki, Denni Velbek də "Arsenal"ın heyətinə daxil edilib. O da Bakıda finalda iştirak edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları Avropa Liqasının finalında qarşılaşacaq.

***

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri – İngiltərənin "Arsenal" klubu Bakıya gəlib.

London təmsilçisini gətirən təyyarə yerli vaxtla saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib.

"Arsenal" komandasının üzvləri paytaxtımızda "Alov qüllələri"ndə yerləşən "Fairmont" otelində qalacaq.

***

"Arsenal"ın Avropa Liqasının final oyunu üçün Bakıya gətirdiyi futbolçular müəyyənləşib.

İngilislər paytaxtımıza 24 oyunçu ilə gəlib. Unai Emeri oyun günü onlardan birinin adını siyahıdan çıxaracaq və 23 nəfərlik sifariş ərizəsi UEFA-ya təqdim ediləcək.

Qapıçılar: Petr Çex, Bernd Leno, Deyan İliyev

Müdafiəçilər: Karl Cenkinson, Sead Kolaşinats, Loren Koselni, Ştefan Lixtştayner, Naço Monreal, Şkodran Mustafi, Sokratis Papastatopulos,

Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni, Matteo Genduzi, Aleks İvobi, Enzli Meytlend-Naylz, Məsud Özil, Lukas Torreyra, Corc Uillok, Qranit Caka, Bukayo Saka

Hücumçular: Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett, Edvard Nketia, Danni Uelbek, Xavyer Amaeçi

"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - Siyahı
"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - Siyahı
"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - Siyahı
dle 10.5