DataLife Engine > Manşet / Siyasət > "Sarı jiletlilər" yenidən küçələrə çıxdı

"Sarı jiletlilər" yenidən küçələrə çıxdı


26-05-2019, 09:02. : Admin "Sarı jiletlilər" yenidən küçələrə çıxdı
Avropa Parlamenti seçkiləri öncəsində Fransada “Sarı jiletlilər” etiraz aksiyasının 28-ci aktı başlayıb.

Prezident Emmanuel Makronun yeritdiyi siyasətə qarşı paytaxt Parisdə və Makronun böyüdüyü Amiens şəhərində etiraz aksiyaları keçirilib.

Fransa polisi apreldə yanan Notr-Dam kilsəsi ətrafında və bəzi ərazilərdə etiraz aksiyası keçirilməsini qadağan edib.

Polislə etirazçılar arasında qarşıdurma baş verib.

Parisdəki etirazlar zamanı 64 nəfər, Amiens şəhərində isə 18 nəfər saxlanılıb.
dle 10.5