DataLife Engine > Manşet / İdman > Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...

Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...


12-06-2019, 08:11. : Admin Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV turun son 13 oyunu keçirilib.

5 qrupu əhatə etmiş qarşılaşmalar içərisində daha çox H qrupunda İslandiya - Türkiyə görüşü diqqət mərkəzində olub.

"Ay-ulduzlular" ilk 3 matçda qol buraxmadan qalib gəlsələr də, bu dəfə məğlubiyyətlə barışmalı olublar. Beləliklə, Türkiyə millisi yenə İslandiyaya səfərdə qalib gələ bilməyib.

H qrupundakı digər oyunlara gəldikdə, Fransa səfərdə Andorranı 4:0 hesabı ilə məğlub edib. Albaniya isə evdə Moldovanın qapısından 2 cavabsız top keçirib. Bu nəticələrdən sonra turnir cədvəlində Fransa, Türkiyə və İslandiya hərəyə 9 xalla ilk 3 yeri bölüşür.

Azərbaycan millisinin Slovakiyaya 1:5 hesabı ilə uduzduğu E qrupunda daha bir oyun lider Macarıstanla cəmi 3 xalı olan Uels arasında keçirilib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Macarıstan millisi qrupda vahid liderliyini davam etdirib.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina millisi isə İtaliyada hesabda önə keçsə də, hesabı qoruya bilməyib və 2 top buraxaraq uduzub - 1:2.
dle 10.5