DataLife Engine > Manşet / Siyasət > Makrondan Merkelə dəstək: Hazıram!

Makrondan Merkelə dəstək: Hazıram!


12-06-2019, 08:41. : Admin Makrondan Merkelə dəstək: Hazıram!
Fransa Prezidenti Emmanuel Makron Avrokomissiya rəhbərliyinə Almaniya kansleri Angela Merkelin namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.

Bu barədə “Röyter” məlumat yayıb.

“O, (Merkel) bunu istəsəydi, dəstəkləyərdim”, - deyə Makron jurnalistlərə açıqlamasında bildirib.

Fransa lideri eyni zamanda əlavə edib ki, sözügedən quruma güclü idarəetmə qabiliyyəti olan birisi lazımdır.
dle 10.5