DataLife Engine > Manşet / Hadisə > SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi, SUNAMİ XƏBƏRDARLIĞI

SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi, SUNAMİ XƏBƏRDARLIĞI


19-06-2019, 08:11. : Admin SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi, SUNAMİ XƏBƏRDARLIĞI
Yaponiya və Çində dəhşətli zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.

Bildirilib ki, Yaponiyada 6,4 bal, Çində isə 6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa Seysmoloji Araşdırmalar Mərkəzi Yaponiyanın Niqaata əyalətində baş verən sarsıntının 6,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı verilib. Sunami dalğalarının 1 metrdən hündür olacağı ehtimal edilir.

Çindəki zəlzələ isə Sicuan əyalətində meydana gəlib. İlkin məlumata görə, 12 nəfər ölüb, 125 nəfər xəsarət alıb.
dle 10.5